odlar diyari  
 
  xezerin tebii servetleri 22.12.2014 16:57 (UTC)
   
 

Xəzər dənizinin Təbii sərvətləri



Kurort-rekreasiya ehtiyatları


Xəzər dənizi sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yararlıdır. Bolluca günəş radiasiyası, uzun və geniş çimərliklərdəki narın qumlar və s. Burada kurort-rekreasiya imkanlarının Qafqazın məşhur Qara dəniz sahillərindən üstünlüyünə sübutdur. Ona görə də hələ 1983-cü ildə Azərbaycan və Dağıstanın dəniz sahili rayonlarında kurortların inkişaf etdirilməsi üçün SSRİ Nazirlər Kabineti "Xəzər dənizi sahillərində ümumittifaq əhəmiyyətli kurort bazasının yaradılması" haqqında qərar verdi. Azərbaycan sahil zonasının 680 km-i kurort-sanatoriya kompleksinin yaradılması üçün yararlı sayılmışdır. Xəzərin Azərbaycan sahil zonasının böyük turizm imkanları vardır. Birinci turist bazası Bakıda hələ 1958, Yalamadakı "Xəzər" turist bazası isə 1963-cü ildə yaradılmışdır. Hazırda Xəzər dənizi sahilləri Azərbaycan Resrublikası vətəndaşlarının əsas istirahət zonalarıdır. Bu sahillərdə, xüsusən Abşeron yarımadasında, bağ və bağçılıq təsərrüfatları geniş yayılmışdır. Eyni zamanda, təəssüflə qeyd etmək lazımdır ki, Xəzərin qızıl qumlu çimərlikləri, sahil zonasındakı mineral sular, müalicəvi palçıqlar və s. resurslar sistemsiz və faydasız şəkildə istfadə olunur.

Karbohidrogen ehtiyatları

Xəzərin Abşeron şelfində ilk neft quyusu 1820-ci ildə qazılmışdır. Ancaq 38 il sonra ABŞ-da, Pensilvaniya ştatında neft qazma işləri başlamışdır. Artıq XIX əsrin ortalarından Xəzər öz varlığının neft erasına daxil olmuşdur. 1913-cü ildə Azərbaycanda Çar Rusiyası imperiyası neftinin 83%-i istehsal olunur, XX əsrin əvvələrində neft emalına görə Azərbaycan dünyada birinci yeri tutur. SSRİ dövründə Azərbayçanda ən çox neft 1941-ci ildə hasil olunmuşdur - 23 mln ton. Xəzərdə ildə 10 mln. ton neft istehsal olunurdu. Dünyanın nüfuzlu proqnoz institutlarının məlumatına görə Xəzər regionundakı neft və qaz kondensatın ehtimal ehtiyatları 18-20 mlrd. tona yaxındır. Sübut olunmuş neft ehtiyatları isə 10 mlrd. tondur və bunun 3 mlrd. tonu Xəzərin Azərbaycan sektoruna düşür.
Region digər mineral ehtiyatlardan tikinti daşları ilə, o cümlədən bəzək daşlarının qiymətli növləri və məxtəlif duzlarla zəngindir.

Bioloji ehtiyatlar

Xəzər dənizinin fauna və florası növcə çox zəngin olmasa da, inkişaf tarixinə və özünəməxsusluğuna görə başqa dəniz və göllərdən seçilir. Bununla yanaşı Xəzərin müasir faunası tipik dəniz faunasından ciddi fərqlənir. Burada əsil dəniz faunası azsaylı olmaqla, cəmi bir neçə növdən ibarətdir.
Xəzərdə 920-ə yaxın heyvan növündən ibtidai canlıların 62 növü, onurğasızların 543 sərbəst yaşayan növü, onurğalıların 79, tüfeylilərin 179 növü mövcuddur. Xəzərin faunasının tərkibində endemik və relikt növlər də çoxdur. Dənizin uzun müddət başqa dəniz və okeanlarla əlaqəsinin kəsilməsi relikt növlərin çoxluğunun əsas səbəbidir. Qədim tipik dəniz faunasının bir çox növləri Xəzər dənizi sularının şorluğunun azalması və vaxtaşırı dəyişməsi şəraitinə uyğunlaşmış (xərcəngkimilərin 44 növü, balıqların 18 növü və s.), hətta şirin sulara da keçmişdir (molyuskaların 7 növü, bağırsaqboşluqların 2 növü və s.).
Müəyyən edilmişdir ki, Xəzər dənizində bakteriyaların ümumi biokütləsi 1,600 min tona çatır. Xəzərdə fitoplanktonların 400 növü mövcuddur. Onların 163 növünü diatom yosunlar təşkil edir. Fitoplanktonun yayılmasına dəniz suyunun şorluğu mənfi təsir göstərir. Buna görə də Şimali Xəzər fitoplanktonla daha zəngindir. Orta və cənubi Xəzərdə fitoplankton növcə kasıblaşır və burada onun kütləsi çox azalır.

Qoruqlar və yasaqlıqlar

Xəzərin florası 728 növ və qruplardan ibarətdir. Çayların aşağı axarı və dənizin dayaz hissələri su bataqlıq quşları üçün qiymətli yem və yuvaqurma yerləridir. Ramsar konvensiyasına əsasən onların mühafizəsi üçün Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda Qızılağac, Rusiyada - Həştərxan, Türkmənistanda - Xəzər (1994-cü ilə qədər Krasnovodsk).
Qızılağac qoruğu Azərbaycanın ucqar cənub-şərqində, Xəzər dənizinin eyni adlı körfəzində yerləşmişdir, sahəsi 180 ha yaxındır, 1926-cı ildə yaradılmışdır. Böyük və Kiçik Qızılağac hissələrinə bölünür. Xəzərdə məskunlaşmış 101 balıq növündən 54-nə burada rast gəlinir. Dənizdə su səviyyəsinin dəyişməsi körfəz-qoruğun hidroloji, hidrokimyəvi və bioloji rejiminə kəskin təsir göstərir. Qoruğun xarakterik nümayəndələri aşağıdakılardır: turac, qızıl qaz, ördəklər, su sonası, lısuxa, nırok, qağayılar və s. Abşeron qoruğu 2005-ci ildə yaradılmışdır.
Xəzər dənizində zooplanktonun 315-ə qədər növü və yarımnövü müəyyən edilmişdir. Zooplanktonun kütləsi şimali Xəzərdə daha çoxdur. Burada şirinsu, dəniz və zəif şor suların zooplanktonu yayılmışdır.
Xəzər dənizində bentosun 826 növü yayılmışdır ki, bunun 566 növünü mikrobentos, 360-nı isə makrobentos təşkil edir. Xəzər dənizinin ixtiofaunası balıqların 75 növündən və 17 yarımnövündən ibarətdir. Bunlardan bölgə, nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm olduqca qiymətli balıq növləri olmaqla, böyük təsərrüfat əhəmiyyətinə malikdir. Göstərilən balıqlardan əlavə, Xəzərdə 27 növ əhəmiyyəti olmayan balıq mövcuddur.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  teqvim
Myspace Stuff

Calendar Provided By : SeekCodes.com Myspace Stuff

  Reklam
  xeber
AZARBAYCANIM.TR.GG
  mezenne

WebUzmanı
  psixoloji sozluk
Psikoloji Sözlüğü

  HTML COD
HTML KOD
Bugün 2 ziyaretçi (2 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
.: Gazeteler :.

Hürriyet Sabah Milliyet
Star Cumhuriyet Radikal
Yeni Şafak Türkiye Gözcü
Akşam Zaman Posta
Sitene Ekle



Web'te Türkçe











bu bir www.fullkod.tr.gg hizmetidir