odlar diyari  
 
  Xezer denizi 19.03.2024 07:18 (UTC)
   
 

 

Xəzər dənizinin coğrafiyası

Xəzər dənizi Planetimizin ən böyük qapalı (materikdaxili) su hövzəsidir. Yaxın geoloji keçmişdə Xəzər dənizi Ön Qafqazdakı Kuma-Manıç çökəkliyi vasitəsilə Azov, Qara dəniz və Aralıq dənizi ilə əlaqədar olmaqla, Atlantik okeanı hövzəsinə aid idi. Xəzər dənizi qədim geoloji eralarda (xüsusən mezozoy və paleogendə) Hondvana ilə Lavrasiya materikləri arasında yerləşmiş Tetis okeanının qalıqlarından biridir (yəni relikt su hövzəsidir). Xəzər, əslində göl olmasına baxmayaraq, əsl dənizlər üçün səciyyəvi olan bir çox xüsusiyyətlərə malikdir.
Xəzər dənizinin sahil xəttinin uzunluğu Azərbaycan Respublikasında 955,08 km, Rusiya Federasiyasında 695 km, Qazaxıstan Respublikasında 2320 km, Türkmənistanda 1200 km, İran İslam Respublikasında 900 km-ə yaxındır.
Xəzər dənizi sahillərində yerləşən Azərbaycan, Türkmənistan, İran Cənubi Avropanın, Şimali Afrikanın, Ön və Mərkəzi Asiyanın bir sıra ölkələri ilə birlikdə Mezozoy və Kaynozoy dövrlərində alp orogen (dağəmələgəlmə) prosesləri nəticəsində formalaşmış və coğrafi enlik istiqamətində uzanmış Alp-Himalay dağlıq qurşağında yerləşmişlər. Xəzər dənizinin özünə gəldikdə isə onun yalnız ən dərin və mütəhərrik cənub hissəsi bu dağlıq qurşağın tərkibində, onun şimaldan Ön və daxili qarışıqlıq zonalarının arasında mövqe tutmuşdur.
Xəzər dənizinin yalnız cənub hissəsi bu orogen (dağlıq) qurşağın daxilindədir. Bütünlükdə isə Xəzər dənizi çökəkliyi çox mürəkkəb quruluşa və genezisə (mənşəyə) malikdir. O, yuxarıda qeyd olunan dağlıq qurşağa və eləcə də paleozoyun axırlarında Hersin orogenizi vaxtında formalaşan və sonradan peneplenləşən qədim qırışıqlıq zonasına şaquli, meridian istiqamətində uzanmışdır. Onun şimal, dayaz Skif hissəsi paleozoy yaşlı platforma üstündə yaranmışdır. Orta Xəzər çökəkliyi hələ də mütəhərrikliyini itirməmiş Turan epihersin platformasının bu hissəsinin alp orogenez dövründə əyilməsi nəticəsində əmələ gəlmişdir. Cənubi Xəzər isə çox mütəhərrik, alp yaşlı geosinklinala müvafiq gəlir. Bütün dağlıq qurşaq müasir dövrdə orogen inkişaf mərhələsi keçirdiyi halda, Cənubi Xəzər geosinklinal kimi inkişaf etməkdə davam edir.
Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o, Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə.VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır. Ikinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsca "canavarlar ölkəsi" deməkdir) yaranmışdır. Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə.V əsr). Daha sonrakı qədim müəlliflər bu adlarla yanaşı Alban (albanlar etnonimi ilə əlaqədardır), Coşqun və Hirkan dənizi adlarını işlədirlər. Qədim rus əlyazmaları abidələrində Xəzər dənizi Göy (Monqol-Türklərdən götürülmüşdür), Xarəzm (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm dövləti ilə bağlı), Xvalın, Dərbənd və s. kimi adlandırılır. Xəzər ətrafında yaşayan xalqlar da bu dənizə müxtəlif adlar vermişlər, məsələn: ruslar-Xvalın, tatarlar-Ağ Dəniz, türklər-Kiçik Dəniz, çinlilər-Si Hay, yəni qərb dənizi. Venesiya dövlətinin Irandakı səfiri A.Kontarini onu Bakı dənizi (1474-1477-ci illərdə) adlandırmışdır. Rusiyada Kaspiy adı XVI əsrin əvvəllərində meydana gəlmişdir. Xəzər ətrafında yerləşmiş digər ölkələrdə bu su hövzəsi: Azərbaycanda-Xəzər (Xəzərilər - V-X əsrlərdə dənizin şimal-qərb sahillərində məskunlaşmış türkdilli millətdir), Iranda Mazandaran, Qazaxıstanda və Türkmənistanda Kaspiy dənizi kimi adlandırılmışdır. Bütövlükdə, müxtəlif vaxtlarda, müxtəlif xalqlar Xəzərə 70-ə qədər ad vermişlər.
Xəzər dənizinin səviyyəsi daim tərəddüd etməsi ilə əlaqədar olaraq onun coğrafi koordinatları, sahəsi və başqa morfometrik göstəriciləri (sahil xəttinin uzunluğu, morfologiyası, dənizin uzunluğu, eni, dərinliyi, suyun həcmi və s.) vaxtaşırı dəyişir.
Xəzər dənizi 36? 33', ilə 47? 07' şimal enlikləri və 46? 43' ilə 54? 50' şərq uzunluqları arasında yerləşir. Göstərilən koordinatlar Xəzər dənizi səviyyəsinin okean səviyyəsindən 28 m aşağı olduğu XX yüzilliyin 60-cı və 70-ci illəri üçün xarakter idi. 1969-cu il səviyyəsinə çatmaq üzrədir. Meridian üzrə şimaldan cənuba dənizin uzunluğu 1200 km-ə çatır. Onun eni 200- 450 km, ən ensiz yerdə isə (Abşeron yarımadası ilə şərq sahilə -Qulu burnu arasında) 196 km-dir. Dənizin orta dərinliyi 208 m, maksimal dərinliyi isə 1025 m-dir.
Xəzər dənizinin sahəsi 420 km2-ə çatır. Dənizin səviyyəsi okean səviyyəsindən-28,5 m-ə qədər aşağı olduğu zaman (70-ci illərin axırında) sahəsi kiçilərək 371 km2-ə enmişdir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  teqvim
Myspace Stuff

Calendar Provided By : SeekCodes.com Myspace Stuff

  xeber
AZARBAYCANIM.TR.GG
  mezenne

WebUzmanı
  psixoloji sozluk
Psikoloji Sözlüğü

  HTML COD
HTML KOD
Bugün 1 ziyaretçi (6 klik) kişi burdaydı!
.: Gazeteler :.

Hürriyet Sabah Milliyet
Star Cumhuriyet Radikal
Yeni Şafak Türkiye Gözcü
Akşam Zaman Posta
Sitene Ekle



Web'te Türkçe











bu bir www.fullkod.tr.gg hizmetidir